“Rabitə” qrupun favoritidir” - FOTO
18.08.2011 - 14:36
“Rabitə” qrupun favoritidir” - FOTO
“Çox çətin qrupda yer almışıq. Növbəti mərhələyə yüksəlmək üçün yalnız üçüncü yerə ümid edə bilərik”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının qrup mərhələsində “Rabitə” klubunun rəqibi olan “Myulhaus”un voleybolçusu Maqaili Maqail deyib.

Fransa təmsilçisi Avropanın ən möhtəşəm klub yarışına start verib. Bu il qarşısına ciddi məqsədlər qoyan “Myulhaus” ölkə çempionatında və Çempionlar Liqasında uğurlu çıxış etməyi planlaşdırır. Lakin komandanın aparıcı və təcrübəli üzvü bunun heç də asan başa gəlməyəcəyini deyib: “Rəqiblərimizdən “Rabitə” çox güclüdür. Onlar Avropanın vitse-çempionlarıdır. “Fənərbaxça” da zəif deyil. Bunun üçün Çempionlar Liqasında biz ümid etdiyimiz yerə - digər rəqibimiz Almaniya “Drezdner”i də iddia edir. Amma onların arzularına baxmayaraq, biz növbəti pilləyə yüksəlmək istəyirik”.
0