“İqtisadçı”dan növbəti transfer
18.08.2011 - 15:18
“İqtisadçı”dan növbəti transfer
“İqtisadçı” daha bir voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Belarus yığmasının üzvü Alina İlyutanı rənglərinə bağlayıb.

20 yaşlı İlyuta Brest “Pribujya”sından transfer olunub. 184 sm boya malik voleybolçu ilə bu gün 1 illik müqavilə imzalanıb. Bu, universitet komandasının yeni mövsüm üçün heyətinə qatdığı 9-cu legionerdir.

İlyutadan öncə Tayyubu Xaneef-Park, Cennifer Doris (hər ikisi ABŞ), Erika Koimbri, Veronika Brito (hər ikisi Braziliya), Marina Katiç (Xorvatiya), Kristina Pastulova (Çexiya), Masami Yokoqama Yuko Sano (hər ikisi Yaponiya) və Alisa Blom (Hollandiya) “tələbələr”lə anlaşıb.
0