Faiq Qarayevlə Draqutin Baltiç rəqib oldular
19.08.2011 - 10:52
Faiq Qarayevlə Draqutin Baltiç rəqib oldular
“Lokomotiv”in baş məşqçisi Draqutin Baltiçin çalışdırdığı Bolqarıstan yığmasının yoxlama görüşü keçirəcəyi komandaların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bolqarlar öncə ölkələrinə gələcək 2 Ukrayna klubu ilə qarşılaşacaq. Ardınca isə Draqutin Baltiçin yetirmələri Rumıniya və Fransa yığmaları qarşısında imtahan verəcək.

Bolqarıstan millisi sentyabrda İtaliya və Serbiyada start götürəcək Avropa çempionatının finalına hazırlığı Azərbaycan yığması ilə oyunla yekunlaşdırmağı planlaşdırır. Belə olan halda, hələ də təlim-məşq toplanışını harada davam etdirəcəyi bilinməyən Faiq Qarayevin yetirmələri bu ölkəyə səfər edəcək və çox güman ki, hazırlığı da burada yekunlaşdıracaqlar.

Qeyd edək ki, komandamız seçim arasında qalıb. Voleybolçularımızın avqustun sonunda Bakıda beynəlxalq turnir keçirərək orada iştirakı, İspaniya və ya digər ölkələrin birində hazırlığa yollanması müzakirə olunur və bu günlərdə yekun qərar veriləcək.
0