Yığmamızın üzvü: Sanki oyuna yox, istirahətə gəlmişdik
19.08.2011 - 12:04
Yığmamızın üzvü: Sanki oyuna yox, istirahətə gəlmişdik
“15-20 gündür məşq etmirdim. Yalnız 4 hazırlığa qatıldıqdan sonra Belarusda ikinci oyunuma çıxdım”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin basketbolçusu Rasim Başak deyib.

Yığmamız Avropa çempionatının B divizionun seçmə mərhələsində Belarusa 74:87 hesabı ilə uduzub. Oyunla bağlı fikirlərini açıqlayan Başak bildirib ki, komandamız qarşılaşmaya yaxşı köklənə bilməyib: “Meydanda daha çox olduğumu nəzərə alsam, özümü çox yaxşı hiss etmirəm. Biz matça pis köklənmişdik. Elə bil ki, oyuna yox, istirahətə gəlmişdik. İlk 20 dəqiqəni bərbad oynadıq. Səbətə top atmaq faizimiz çox az idi. 15 itkiyə yol verdik. Fasilədən sonra vəziyyət dəyişdi. Ancaq artıq gec idi”.

Başak rəqibin də güclü olduğunu etiraf edib: “Açığı, rəqibə gücümüz çatmadı. Belarus yaxşı və güclü komandadır. Meydan sahiblərinə qarşı 40 dəqiqənin hamısını oynamaq çətin idi. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.
0