“Ay yarıma öyrəndiyimiz basketbolla Azərbaycanı məğlub etdik”
19.08.2011 - 12:37
“Ay yarıma öyrəndiyimiz basketbolla Azərbaycanı məğlub etdik”
“Azərbaycan üzərində qələbə qazanmaq vəzifəsini artıq ilk hissədə həll etdik”. Apasport.az saytının məlumatına görə, bunu kişi basketbolçulardan ibarət Belarus milli komandasının baş məşqçisi Andrey Krivons deyib.

Təcrübəli mütəxəssis Avropa çempionatının B divizionunda Azərbaycan yığmasına 87:74 hesabı ilə qalib gəlmələrinin sirrini açıqlayıb. O bildirib ki, həmyerlilərimizi cəmi 45 günə öyrəndikləri oyunla məğlub ediblər: “Azərbaycanlılarla matçda öz xarakterlərini göstərə bilən bütün oyunçularla çıxış etdik. Son ay yarımda öyrəndiyimiz basketbolu oynaya bildik. Yetirmələrimə ona görə minnətdaram ki, onlar Albaniya ilə oyundan sonra ağır uçuşa dözdülər və ötən matçda yaxşı oynayanları əvəzləyə bildilər.
Əgər qələbəyə əmin olaraq, “oturduğumuz” 3-cü raundu çıxsaq, oyunumuz alındı. Yetirmələrimə təşəkkür etmək istərdim. Son görüşümüz qalıb ki, bunu da mütləq qalib gəlib seçmə mərhələni qələbə notunda bitirməliyik”.

Qeyd edək ki, Belarus basketbolçuları qələbədən sonra millimizi qabaqlayaraq, ikinci pilləyə yüksəliblər.
0