Sonuncu qastrol
22.08.2011 - 10:38
Sonuncu qastrol
Avropa çempionatının B divizionun B qrupunda mübarizə aparan kişi basketbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçını səfərdə keçirəcək. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri Bakıda uduzduqları İsveç millisinin qonağı olacaqlar.

Qrup lideri ilə matç avqustun 24-də baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qrupumuzun digər matçında isə Rumıniya Belarusu qəbul edəcək.

Qeyd edək ki, isveçlilər həmyerlilərimizə ilk görüşdə 101:73 hesabı ilə qalib gəlmişdilər.

1.
İsveç
7
6
1
588-451
13
2.
AZƏRBAYCAN
7
5
2
585-558
12
3.
Rumıniya
7
4
3
508-553
11
4.
Belarus
7
3
4
559-545
10
5.
Albaniya
8
0
8
569-702
8
0