Yelena Parxomenkonun oynayacağı klub dəqiqləşdi
22.08.2011 - 12:47
Yelena Parxomenkonun oynayacağı klub dəqiqləşdi
Azərbaycan yığmasının voleybolçusu Yelena Parxomenkonun növbəti mövsümdə oynayacağı klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimizin aparıcı üzvlərindən sayılan Parxomenko ötən il olduğu kimi, yenə Bakı “Lokomotiv”inin şərəfini qoruyacaq.

O, bu gün “dəmiryolçular”la 1 illik müqaviləyə imza atıb. Parxomenkodan fərqli, ötən il “Lokomotiv”də oynayan yığmamızın digər üzvü – Oksana Məmmədyarovanın taleyinə isə hələlik aydınlıq gəlməyib.

Qeyd edək ki, paytaxt klubu Yelenadan öncə Mariya Filipova, Aleksandra Samoylova, Nansi Metkalf, Kremena Kamenova və Vera Klimoviçi də heyətdə saxlamağı bacarmışdı. Onlardan əlavə, Olqa Palçevskaya və Diana Nenova isə komandanın yeni transferləridi.
0