Millimizin yoldaşlıq görüşü Qubaya salındı
22.08.2011 - 14:07
Millimizin yoldaşlıq görüşü Qubaya salındı
Avro-2011-in final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası avqustun 25-də Qubaya yollanacaq. Apasport.az saytının məlumatına görə, burada 1 həftəlik təlim-məşq toplanışında Faiq Qarayevin yetirmələri bir neçə yoldaşlıq görüşü də keçirməyi planlaşdırır.

Həmin vaxt Quba Olimpiya Kompleksində yığmamızla yanaşı, Bakının “Lokomotiv” və Rusiyanın “Uraloçka” klubları da təlim-məşq toplanışında olacaqlar. Bu komandalarla ayrı-ayrılıqda və 2 klubun yığması ilə yoxlama matçları keçirəcək millimiz ardından Qubanı tərk edəcək.

Qeyd edək ki, Faiq Qarayevin komandası sentyabrın əvvəlində İspaniyaya yollanacaq.
0