Yonas Jerebko: Azərbaycan yığması bizə elə də əziyyət verməyəcək
23.08.2011 - 11:18
Yonas Jerebko: Azərbaycan yığması bizə elə də əziyyət verməyəcək
“Mərhələni uğurla başa vuracağıq. Yeganə məğlubiyyətimiz isə rəqibi düzgün qiymətləndirməməyimizdən irəli gəldi”. Apasport.az saytının məlumatına görə, bunu İsveç millisinin aparıcı basketbolçusu Yonas Jerebko deyib.

Hazırda zədəli olan Jerebko Avropa çempionatının B divizionunda Azərbaycan yığması ilə sabah baş tutacaq oyun öncəsi fikirlərini açıqlayıb. O, komandamızla görüşdə elə də çətinliklə üzləşməyəcəklərini deyib: “Biz Bakıya yollanarkən də rəqibimizə hörmət edirdik. Lakin qalib gələcəyimizə əmin idim. Çünki onlar bizlə oyuna kimi uduzmamışdılar. Bu dəfə isə biz onlarla ilk oyun da daxil olmaqla, bütün matçlarda qələbə qazanırıq. Fikrimcə, artıq ilk pilləni özümüz üçün təmin etmişik və Azərbaycan basketbolçuları bizə elə də əziyyət verməyəcəklər”.

Qeyd edək ki, Jerebko isveçlilərin Bakıda 101:73 hesabı ilə qələbə qazandıqları matçda böyük pay sahibi olmuşdu.
0