Yığmamızın taleyi polşalıya həvalə edildi
23.08.2011 - 11:27
Yığmamızın taleyi polşalıya həvalə edildi
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının İsveçlə səfərdə keçirəcəyi matçın hakimlərinin adları dəqiqləşib. Apasport.az saytının məlumatına görə, avqustun 24-də baş tutacaq görüşdə əsas referi polşalı Yakub Zamojski olacaq.

Ona köməkliyi Van Den Heuvel (Hollandiya) və Moriz Rayter (Almaniya) edəcəklər. Ədalət təmsilçilərinin işinə isə Geert Sorensen (Danimarka) qiymət verəcək.

Qeyd edək ki, İsveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
0