Milli komandamızın üzvü son qərarını verdi
24.08.2011 - 17:57
Milli komandamızın üzvü son qərarını verdi
Azərbaycan yığmasının basketbolçusu Çarlz Devisin növbəti mövsüm çıxış edəcəyi klub məlum olub. Apasport.az saytının məlumatına görə, hazırda zədədən əziyyət çəkən amerikalı legioner Türkiyənin “Banvitspor” klubu ilə müqaviləsini artırıb.

O növbəti mövsümdə də bu komandanın şərəfini qorumağa razılaşıb.

Qeyd edək ki, Devisin xidmətində bir neçə klub maraqlı olsa da, o seçimini “Banvitspor”un xeyrinə edib.
0