Millimizdən biabırçı məğlubiyyət
24.08.2011 - 23:01
Millimizdən biabırçı məğlubiyyət
Avropa çempionatının B divizionunda mübarizə aparan Azərbaycan basketbol millisi növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, komandamız B qrupunda sonuncu matçında İsveçin qonağı olub.

Qrup qalibi ilə görüşdə millimiz biabırçı məğlubiyyətdən qaça bilməyib. Belə ki, İsveç basketbolçuları yığmamızı böyük fərqlə üstələyiblər - 128:61 (29:18, 28:18, 30:13, 41:12).

Buna baxmayaraq, komandamız turnir cədvəlində ikinci pillədəki yerini saxlayıb.

İSVEÇ – AZƏRBAYCAN - 128:61 (29:18, 28:18, 30:13, 41:12)
Tahir Baxşiyev, Aleksandr Rındin - hərəyə 14 xal, Fuad Niftəliyev - 13, Zaur Paşayev - 9, Amil Həmzəyev - 8, Anar Sarıyev - 3.


İsveç 8 7 1 811-512 (+299) 15
Azərbaycan 8 5 3 707-686 (+21) 13
Belarus 8 4 4 664-618 (+46) 12
Rumıniya 8 4 4 574-638 (-64) 12
Albaniya 8 0 8 569-702 (-133) 8
0