Azərbaycan və Braziliya klublarının görüşünün vaxtı dəqiqləşdi
26.08.2011 - 10:00
Azərbaycan və Braziliya klublarının görüşünün vaxtı dəqiqləşdi
Oktyabrın 8-14-də voleybolçu qadınlar arasında Dohada keçiriləcək klublararası dünya çempionatının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan bu mötəbər yarışda təmsil edəcək Bakının “Rabitə” klubu ilk matçına oktyabrın 11-də çıxacaq.

Çempionlar Liqasının gümüş mükafatçısı ilk sınağında Asiya çempionu “Çanq” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşdən 1 gün sonra isə rəqibimiz Cənubi Amerikanın ən güclüsü “Sollis Nestle” olacaq.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə mundialda mübarizə aparacaq “Rabitə” artıq hazırlıqlara start verib.

A qrupu

8 oktyabr
17:00. “Vakıfbank Günəş TTelekom” (Türkiyə) – “Caguas” (Puerto-Riko)

10 oktyabr
12:00. “Kenya Prisons” (Keniya) - “Caguas” (Puerto-Riko)

12 oktyabr
19:00. “Vakıfbank Günəş TTelekom” (Türkiyə) – “Kenya Prisons” (Keniya)

B qrupu

9 oktyabr
12:00. “Sollis Nestle” (Braziliya) – “Çanq” (Tayland)

11 oktyabr
17:00. “RABİTƏ” (AZƏRBAYCAN) - “Çanq” (Tayland)

12 oktyabr
17:00. “Sollis Nestle” (Braziliya) - “RABİTƏ” (AZƏRBAYCAN)

Yarımfinal

13 oktyabr
12:00. A1 – B2
19:00. B1 – A2

14 oktyabr
12:00. Üçüncü yer uğrunda
19:00. FİNAL
0