Avropanın ən güclüsü Azərbaycan yığmasında oynayır!
26.08.2011 - 13:45
Avropanın ən güclüsü Azərbaycan yığmasında oynayır!
Avropa çempionatının B divizionunda ən məhsuldar basketbolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitənin ən güclüsü tituluna Azərbaycan yığmasının hücumçusu Çarlz Devis sahib çıxıb.

İlk dövrədə ən çox xal toplayan milliləşdirilmiş legionerimiz son 4 matçda zədə səbəbindən oynamasa belə, onu qabaqlayan olmayıb. O, 4 qarşılaşmada 104 - orta hesabla hər oyuna 26 xal yığıb.

İkinci pillədə yer alan Yonas Jerebko (İsveç) da II dövrəni buraxıb. Lakin aktivində hər oyuna 25 xalı olan Yonas yerini mövqeyini saxlaya bilib.

Maraqlıdır ki, ilk “üçlüy”ü də yığmamızla eyni qrupda yer alan albaniyalı Franko Busati tutub – hər görüşə 20,3 xal.

Düzdür, həmyerlimiz Fuad Niftəliyev də Devis qədər 104 xal toplayıb. Lakin o, 8 matçda forma geyinib və bu, hər qarşılaşmaya 13 xal deməkdir. Basketbolçumuz bu göstərici ilə 20-ci pillədə qərarlaşıb.

Digər basketbolçularımız - Aleksandr Rındin 22-ci (98 – 12,8), Rasim Başak 31-ci (77 - 11), Zaur Paşayev 33-cü (86 – 10,8), Tahir Baxşıyev 54-cü (56 - 7), Amil Həmzəyev 66-cı (34 – 5,7) və Anar Sarıyev 101-ci (12 – 2,4) yerləri tutub.

Avropa Basketbol Federasiyasının rəsmi saytı açıqladığı siyahıda II dövrədə komandamızın bombardiri olan Nelson Spenserin adı yoxdur.

Qeyd edək ki, millimiz qrupda İsveçrədən sonra 2-ci yeri tutub.
0