Portuqaliya yığmasının sabiq baş məşqçisi rəqibimizi çalışdıracaq
01.09.2011 - 10:37
Portuqaliya yığmasının sabiq baş məşqçisi rəqibimizi çalışdıracaq
Qadın həndbolçular arasında Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Belarus yığmasına yeni baş məşqçi təyin edilib. Apasport.az saytının məlumatına görə, yeni tsikildə komandanı Leonid Brazinski çalışdıracaq. Onunla 2 illik müqavilə imzalanıb.

Bu postda rusiyalı Anatoli Zakladnını əvəzləyən Brazinski eyni zamanda Magelyovun kişilərdən ibarət “Maşeka” klubundakı işini də davam etdirəcək.

Qeyd edək ki, karyerası ərzində qadın həndbol komandalarını çalışdırmayan mütəxəssis Portuqaliya millisinə də rəhbərlik edib. Rəfiqə Şabanovanın yetirmələri ilə isə eyni qrupda Belarusla yanaşı, Almaniya və Macarıstan həndbolçuları da qüvvələrini sınayacaqlar.
0