Millimiz 2 günə 2 yoldaşlıq matçı keçirəcək
01.09.2011 - 11:12
Millimiz 2 günə 2 yoldaşlıq matçı keçirəcək
Avro-2011-in final mərhələsinə hazırlıqları davam etdirən Azərbaycan milli komandası Qubada keçirilən təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri məşqlərini Bakıda davam etdirəcəklər.

Voleybolçularımız paytaxtımızda hazırlıq zamanı ölkəmizdə olan “Uraloçka” ilə daha 2 yoxlama matçı da keçirəcəklər. Bu matçlar sentyabrın 2-də və 3-də olacaq.

Qeyd edək ki, millimiz Qubada məşhur Rusiya klubu ilə 3 qarşılaşmada güclərini yoxlayıblar. Bu oyunlardan 2-də həmyerlilərimiz, 1-də isə rəqib qələbə qazanıb.
0