Bakı klubu Argentinadan oyunçu gətirdi
01.09.2011 - 13:23
Bakı klubu Argentinadan oyunçu gətirdi
Bakının “Lokomotiv” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” argentinalı Qaido Lusia ilə anlaşıblar.

162 sm boya malik voleybolçu ilə 1 illik müqavilə imzalanıb. “Lokomotiv”in 23 yaşlı yeni transferi ampulaca liberodur.

Lusianın karyerası əsasən öz ölkəsi ilə bağlıdır. Onun son klubu “Boka Xuniors” olub. Voleybolçu 2010/2011 mövsümündə isə Argentinanın ən yaxşı top qəbuledicisi seçilib.

Qaido həmçinin, bu ildən ölkəsinin əsas komandasında çıxış edir və 1 nömrəli formanı geyinir.

Qeyd edək ki, “Lokomotiv” Lusiadan öncə belaruslu Olqa Palçevskaya və bolqarıstanlı Diana Nenovanı rənglərinə bağlamışdı. Ötən ilki heyətdən isə Yelena Parxomenko, Oksana Məmmədyarova, Mariya Filipova, Aleksandra Samoylova, Nansi Metkalf, Kremena Kamenova və Vera Klimoviçlə yeni müqavilə imzalanmışdı.
0