Azərbaycan yığması İspaniya ilə qarşılaşacaq
01.09.2011 - 14:08
Azərbaycan yığması İspaniya ilə qarşılaşacaq
Avro-2011-in final mərhələsinə hazırlıqları davam etdirən Azərbaycan milli komandası sentyabrın 12-də İspaniyaya yollanacaq. Apasport.az saytının məlumatına görə, voleybolçularımız bu ölkədə təlim-məşq toplanışı keçməklə yanaşı, yoxlama matçlarında da qüvvələrini sınayacaqlar.

Rəqib isə yerli İspaniya yığması olacaq. Faiq Qarayevin yetirmələri bu komanda ilə 2 qarşılaşmada gücünü yoxlamağı planlaşdırır.

Millimiz burada məşqlərini yekunlaşdırdıqdan sonra birbaşa Avropa çempionatının final mərhələsində iştirak etmək üçün İtaliyaya yollanacaq.

Qeyd edək ki, voleybolçularımız Xorvatiya, Türkiyə və İtaliya yığmaları ilə birgə B qrupunda yer alıblar və bu qrupunun oyunları Monza şəhərində keçiriləcək. Sentyabrın 22-dən oktyabrın 2-dək olacaq həlledici mərhələyə isə İtaliya ilə yanaşı, Serbiya da ev sahibliyi edir.
0