Beynəlxalq Olimpiya Komitəsi Bakının namizədliyini tanıdı
02.09.2011 - 14:39
Beynəlxalq Olimpiya Komitəsi Bakının namizədliyini tanıdı
Bu gün Beynəlxalq Olimpiya Komitəsi 2020-ci ildə keçiriləcək Olimpiadanı qəbul etməyə namizədlərin siyahısını təsdiqləyib. Apasport.az saytının məlumatına görə, bu hüquqa yiyələnmək niyyətində olan 6 şəhər var.

İddiaçılar arasında Azərbaycan paytaxtı Bakı ilə yanaşı, Roma (İtaliya), Tokio (Yaponiya), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Doha (Qətər) şəhərlərinin də namizədliyi rəsmən tanınıb.

ABŞ-ın Las-Veqas şəhəri də bu istəkdə olsa da, ölkənin Olimpiya Komitəsindən lazımı dəstəyi ala bilməyib.

Olimpiada-2020-yə ev sahibliyi edəcək şəhərin adı 2 il sonra - Beynəlxalq Olimpiya Komitəsinin 2013-cü ildə Buenos-Ayresdə baş tutacaq Konqresində dəqiqləşəcək.

Qeyd edək ki, bu, Bakının Olimpiya Oyunları keçirmək üçün 2-ci cəhdidir. Paytaxtımız 2016-cı ildə Olimpiadaya ev sahibliyi etmək üçün müraciət etsə də, səsvermədə məğlub olmuşdu.
0