Rəqibimiz Bakıda çalışan məşqçini məyus etdi
05.09.2011 - 10:35
Rəqibimiz Bakıda çalışan məşqçini məyus etdi
Avro-2011-in final mərhələsində Azərbaycan milli komandasının rəqibi Türkiyə yığması yoldaşlıq görüşü keçirib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” voleybolçular “Lokomotiv”in baş məşqçisi Draqutin Baltiçin çalışdırdığı Bolqarıstan millisi ilə 2 görüşdə güclərini yoxlayıblar.

İlk matçda asan qələbə qazanan (3:0 (25:18, 25:21, 25:11) türklər ikinci oyunda da çətinliklə üzləşməyib. Onlar bu dəfə də “quru hesabla” - 3-0 (26:24, 25:15, 26:24) qalib gəliblər.

Qeyd edək ki, Bakıda hazırlıqları davam etdirən Azərbaycan yığması da “Uraloçka” üzərində növbəti qələbəsini qazanıb – 3:2.
0