Almaniya yığmasının üzvü Azərbaycan çempionuna rəqib oldu - FOTO
05.09.2011 - 13:01
Almaniya yığmasının üzvü Azərbaycan çempionuna rəqib oldu - FOTO
Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin rəqibi “Drezdner” (Almaniya) klubu heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, almanlar yığmalarının aparıcı voleybolçusu Anne Matteslə anlaşıb.

27 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. O son mövsümü İtaliyanın A2 liqasında mübarizə aparan “Metera” klubunda keçirib.

Qeyd edək ki, “Rabitə” “Drezdner”lə yanaşı, “Fənərbaxça” (Türkiyə) və “Myulhaus” (Fransa) B qrupunda yer alıb.
0