Oktyabrda Almaniya milli komandası Bakıya gələcək
06.09.2011 - 13:40
Oktyabrda Almaniya milli komandası Bakıya gələcək
Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandasının Avro-2012-nin qrup mərhələsində bu il keçirəcəyi oyunların tarixi və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, I qrupunda yer alan Rəfiqə Şabanovanın yetirmələrinin ilk matçları oktyabrın 19-da səfərdə baş tutacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşdə rəqibimiz Macarıstan komandası olacaq.

2011-ci ilin axırıncı qarşılaşmasını təmsilçilərimiz Bakıda keçirəcək. Almaniya yığması duel isə oktyabrın 23-də təşkil ediləcək. “ABU Arena”da baş tutacaq oyun saat 17:00-da start götürəcək.

Qeyd edək ki, I qrupda Azərbaycan, Macarıstan və Almaniya ilə yanaşı, Belarus millisi də yer alıb. Qrupun digər matçları isə 2012-ci ildə keçiriləcək. Bu görüşlərin dəqiq tarixi isə yaxın günlərdə dəqiqləşəcək.
0