Azərbaycan çempionu rəsmən “Karşıyaka”da!
06.09.2011 - 16:01
Azərbaycan çempionu rəsmən “Karşıyaka”da!
Bakının “Azərreyl” və “Rabitə” klublarının sabiq ukraynalı legioneri Olqa Andrusenko özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı ukraynalı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

O, qonşu ölkənin “Karşıyaka” klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Andrusenko 2008/2009 mövsümündə “Azərreyl”in, 2009/2010 mövsümündə isə “Rabitə”nin şərəfini qoruyub. “Dəmiryolçular”la Çempionlar Liqasında oynayan voleybolçu “rabitəçilərlə” Azərbaycan çempionu adını qazanıb və CEV kubokunun bürünc medalına sahib olub. O son mövsümü isə Rusiyanın “Severstal” klubunda keçirib.
0