Rəqiblərimiz müxtəlif beynəlxalq turnirlərdə
09.09.2011 - 11:04
Rəqiblərimiz müxtəlif beynəlxalq turnirlərdə
Avro-2011-in final mərhələsində Azərbaycan voleybolçularının rəqibləri müxtəlif beynəlxalq turnirlərdə güclərini yoxlayacaqlar. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ilə eyni qrupda yer alan İtaliya milli komandası “Palladium Cup”da qüvvəsini sınayacaq.

Onlar doğma divarlar arasında keçiriləcək yarışda İspaniya və Serbiya voleybolçularına qarşı oynayacaqlar.

Digər rəqibimiz Xorvatiya yığması Polşaya səfər edəcək. “Memorial Aqata Mroz” adlı turnirə onlarla yanaşı, ev sahibləri, Rusiya və Slovakiya milliləri də qatılacaqlar.

Qeyd edək ki, Azərbaycan yığması hələ məşqlərini Bakıda davam etdirirlər.
0