Milli komanda qələbə üçün hakimə rüşvət təklif edib
09.09.2011 - 12:19
Milli komanda qələbə üçün hakimə rüşvət təklif edib
Litvada keçirilən basketbol üzrə avropa çempionatında böyük qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Yunanıstan milli komandasının nümayəndəsi Stavros Elliniadis hakimi almağa cəhd edib. O, Çernoqoriya ilə görüşün hakimi Roberto Lottermoserə rüşvət də təklif edib.

Almaniyalı isə yarışın baş hakiminə raport yazaraq olanlar haqda məlumat verib. Beynəlxalq Basketbol Assosiasiyası (FİBA) məsələni araşdırmağa başlayan kimi əl-ayağa düşən yunanlar bunun rüşvət faktı olmadığını, hakimə hədə-qorxu gəlindiyini ortaya qoyublar. Bu yolla Ellada təmsilçisi daha ağır cəzadan qaçıb və cəmi 15 min avro cərimələnib. Stavros isə Avrobasket-2011-in iştirakçıları arasında kənarlaşdırılıb.

Qeyd edək ki, yunanlar Çernoqoriyanı 71:55 hesabı ilə yenərək növbəti mərhələyə yüksəlib.
0