Natəvan Qasımovanın həyatında ən şirin an!
10.09.2011 - 11:14
Natəvan Qasımovanın həyatında ən şirin an!
Azərbaycan milli komandasının və “Bakı” klubunun voleybolçusu Natəvan Qasımovanın toyunun vaxtı və yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı voleybolçumuz oktyabrda rəsmi nikaha daxil olacaq.

Toyun isə oktyabra təyin olunması təsadüfi deyil. Belə ki, Qasımovanın üzvü olduğu Azərbaycan milli komandası sentyabrın 22-dən oktyabrın 2-dək Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcək. Qrafikdə məhz oktyabr ayında boşluq olduğuna görə, toyun bu ayda baş tutması qərara alınıb.

Qasımova nişanlı olduğu türkiyəli menecer Tunc Afşarla ailə həyatı quracaq. Onların toy mərasimi Bakı Əyləncə Mərkəzində (BƏM) baş tutacaq.

Toyda hələlik neçə nəfər qonağın iştirak edəcəyi bəlli deyil. Qasımova evləndikdən sonra da voleybol karyerasını davam edəcək.

Qeyd edək ki, Qasımovanın gələcək həyat yoldaşı Tunc Afşar “Bakı” futbol klubunda prezident Hafiz Məmmədovun məsləhətçisi, “Bakı” voleybol komandasında isə vitse-prezident vəzifəsində çalışır.
0