Bakı klubu 3 legioneri Mingəçevirə baxışa çağırdı - FOTO
10.09.2011 - 14:11
Bakı klubu 3 legioneri Mingəçevirə baxışa çağırdı - FOTO
Mingəçevirdə təlim-məşq toplanışında olan Bakının “Lokomotiv” klubu baxışa 3 voleybolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” ukraynalılar - Yekaterina Jidkova (Kulik), Viktoriya Dedkova və rusiyalı Anna Popovanı sınaqdan keçirirlər.

Bu mövsüm “Çelenc Cup”da çıxış edəcək komandanın məşqçilər korpusu bu voleybolçulardan razı qalacağı halda onlarla 1 illik müqavilə imzalanacaq.

Jidkova və Dedkova Ukraynanın “VK Kruq” komandasında birgə çıxış ediblər. Onlar 2009/2010 mövsümündə isə ölkə çempionatının bürünc mükafatına sahib olublar. Popovanın karyerası isə əsasən doğma ölkəsi ilə bağlıdır.
0