Xorvatiya yığmasının üzvü rəsmən “Bakı”da!
12.09.2011 - 11:12
Xorvatiya yığmasının üzvü rəsmən “Bakı”da!
“Bakı” voleybol klubu növbəti mövsüm üçün son transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da debüt edəcək paytaxt komandası Xorvatiya yığmasının sabiq toppaylayıcısı Bilyana Gliqoroviçin keçidini həll edib.

29 yaşlı voleybolçu ilə 1 mövsümlük müqavilə imzalanıb. 183 sm boya malik Gliqoroviç “Bakı”ya 2 ildir şərəfini qoruduğu Rumıniyanın “Dinamo-Romprest” klubundan transfer olunub.

Qeyd edək ki, 1997-ci ildə yığmada debüt edən Bilyana 2009-cu ildə milli karyerasını bitirsə də, Avro-2011-in final mərhələsi ərəfəsində yenidən əsas komandaya cəlb edilib. O 2000-ci ildə xorvatların heyətdə Sidney Olimpiadasında oynayıb və 7-ci yeri tutub.
0