Millimiz Barselonada oynayacaq
12.09.2011 - 16:47
Millimiz Barselonada oynayacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün İspaniyaya yola düşüb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri Avro-2011-in son təlim-məşq toplanışını Barselona şəhərində keçəcəklər.

Voleybolçularımız burada hazırlıq çərçivəsində yerli yığma ilə 2 yoxlama görüşündə güclərini yoxlayacaqlar.

Millimiz Barselonadakı məşqlərin ardından isə birbaşa İtaliya gedəcəklər.

Qeyd edək ki, voleybolçularımızın Xorvatiya, Türkiyə və İtaliya yığmaları ilə birgə yer aldıqları B qrupunun oyunları isə Monza şəhərində baş tutacaq. Sentyabrın 22-dən oktyabrın 2-dək keçiriləcək həlledici mərhələyə Apennin təmsilçiləri Serbiya ilə birgə ev sahibliyi edir.
0