Qaravevlə Şabovta yenidən Türkiyədə bir araya gəldilər - FOTOSESSİYA
12.09.2011 - 17:32
Qaravevlə Şabovta yenidən Türkiyədə bir araya gəldilər - FOTOSESSİYA
Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev yığma ilə İspaniyaya yola düşməzdən öncə Türkiyədə olub. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis burada Avro-2011-in final mərhələsindəki rəqibimiz “ay-ulduzlular”ın Almaniya voleybolçuları ilə yoxlama matçlarını izləyib.

O həmçinin, bu matçla yığma karyerasını bitirən Arzu Göllünün sevimli idman növü ilə vidalaşmasına şahidlik edib. Almanların 3:1 hesabı ilə qələbə qazandıqları görüşdə Qarayev vaxtı ilə rəhbərliyi altında Türkiyə yığmasında oynamış 42 yaşlı voleybolçunun təntənəli vida görüşündə ona öz xatirə hədiyyəsini verib və xoş arzularını çatdırıb.

Qeyd edək ki, Göllü üçün unudulmayacaq anda Qarayevlə yanaşı, Azərbaycan voleyboluna tanış digər simalar da iştirak edib. Bunlar arasında Oksana Parxomenkonun həyat yoldaşı, millimizin məşqçisi Onat Kurt, yığmamızın sabiq üzvü Yelena Şabovta, klublarımızın sabiq baş məşqçiləri Rəşad Yazıçıoğulları (“İqtisadçı”) və Adnan Kistak (“Azərreyl”, “Şirvan”) olublar.
0