Həmkarımız paytaxtda döyüldü - FOTO
13.09.2011 - 11:00
Həmkarımız paytaxtda döyüldü - FOTO
Sentyabrın 12-də səhər Litvanın paytaxtı Vilnyusda rusiyalı həmkarımız Dmitri Abarenov döyülüb. Apasport.az saytının məlumatına görə, “Sovetski sport” qəzetinin basketbol üzrə şərhçisi və sovsport.ru portalının baş redaktorunun iştirakı ilə düşən dava barədə yerli polisə taksi sürücüsü məlumat verib.

Asayiş keşikçiləri hadisə yerinə gələn zaman isə dava-dalaşın iştirakçıları maşına minərək, qaçıblar. Polis işçiləri burada yalnız başı yarılan rusiyalı jurnalisti tapıblar. O isə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Polisin məlumatına görə, Abarenov sərxoş vəziyyətdə olub. Hazırda münaqişənin səbəbləri araşdırılır.

Qeyd edək ki, Dmitri Litvaya Avrobasket-2011-i işıqlandırmaq üçün gəlib.
0