Hakimlər də qruplara bölündü
13.09.2011 - 14:16
Hakimlər də qruplara bölündü
İtaliya və Serbiyanın ev sahibliyi edəcəyi Avro-2011-in final mərhələsinə yollanacaq ədalət təmsilçilərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının da qüvvəsini sınayacağı həlledici matçlara 16 ölkədən eyni sayda hakim təyinat alıb.

Bu referilər özləri də 4 qrupa bölünəcəklər. Hər qrupda 4 hakim yer alacaq ki, bunlar da Avro-2011-in final mərhələsində yalnız 4 oyunu idarə edəcəklər. Bu referilərin hansının əsas və ya köməkçi olacağı oyunlardan az öncə açıqlanacaq.

Avropa Voleybol Konfederasiya (CEV) Azərbaycan milli komandasının yer aldığı B qrupunun görüşlərini Fransa, Lixtenşteyn, Çexiya və Polşadan olan fit sahiblərinə həvalə edib.


A qrup, Belqrad
Dusan Hodon (Slavakiya), Vittorio Sanpaolo (İtaliya), Radriquez Cativa (İspaniya), Peter Qroenevigen (Hollandiya).

B qrupu, Monza
Filippe Vericke (Fransa), Filippe Sçurmann (Lixtenşteyn), Karin Zaharçova (Çexiya), Pyotr Dudek (Polşa).

C qrupu, Zrenjanin
Nihat Ermihan (Türkiyə), Ahti Huhtaniska (Finlandiya), Bryan Makdouqall (Şotlandiya), Viktor Markov (Rusiya).

D qrupu, Busto Arsizio
Hayke Kraft (Almaniya), Adrian Flueckiger (İsveçrə), Zdravko Zdraveski (Makedoniya), Zorica Bjeliç (Serbiya).

Qeyd edək ki, Avro-2011-in final mərhələsi sentyabrın 22-də start götürəcək və oktyabrın 2-dək davam edəcək.
0