“İqtisadçı” “Fənərbaxça”dan cavab gözləyir
14.09.2011 - 12:07
“İqtisadçı” “Fənərbaxça”dan cavab gözləyir
Rusiya yığmasının və “Fənərbaxça”nın aparıcı üzvü Lyubov Sokolovanın Bakının “İqtisadçı” klubuna keçidi baş tutmaya bilər. Bu barədə apasport.az saytına paytaxt komandasının vitse-prezidenti Seymur Orucov deyib.

Onun sözlərinə görə, 2 qat dünya çempionu ilə bağlı “sarı-lacivərdlilər”in son qərarlarını gözləyirlər: “Əslində, Sokolovanın taleyinə 2-3 gün öncə aydınlıq gəlməli idi. Lakin “Fənərbaxça” son sözü yubadır. Bunun nə səbəbdən belə edildiyi barədə nəsə deyə bilmərəm. Müəyyən problemlərlə qarşılaşan istanbulluların artıq bəzi çətinlikləri arxada qoyduqlarını nəzərə alsaq, onu satmayacağı qənaətinə də gəlmək olar”.

Orucov bildirib ki, Lyubovun transferi almayacağı halda, komandaya 2-3 dünya səviyyəli hücumçu təklif olunub: “Artıq 4-cü zona üçün müəyyən təkliflər almışıq. Çox güman ki, onlardan birini komandaya cəlb edəcəyik. Əsas hazırlığımız isə sentyabrın 20-dən sonra olacaq. Yəqin ki, təlim-məşq toplanışını Azərbaycanda keçəcəyik və məşqlərimizi Qusarda davam etdirəcəyik”.

Qeyd edək ki, “İqtisadçı” bu mövsüm CEV kubokunda debüt edəcək.
0