“Rabitə” Serbiyaya yollanır
14.09.2011 - 13:47
“Rabitə” Serbiyaya yollanır
Bakının “Rabitə” klubu təlim-məşq toplanışını ölkə xaricində keçirəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu sentyabrın 18-də Azərbaycanı tərk edəcək.

Zoran Qayiçin yetirmələri Serbiyaya yollanacaqlar. Klublararası dünya çempionatına hazırlaşan komandamız orada 2 həftəlik hazırlıq keçəcək. “Rabitə” Serbiyada bir neçə yoxlama görüşü də keçirməyi planlaşdırır.

Qeyd edək ki, voleybolçularımız səfər zamanı, həmçinin bu ölkədə Avro-2011-in baş tutacaq oyunlarını da canlı izləyəcək. Final mərhələsində iştirak edəcək Azərbaycan milli komandasının yer aldığı qrup isə İtaliyada qüvvəsini sınayacaq.
0