Azərbaycan millisi ukraynalı legionerindən imtina etdi
14.09.2011 - 16:41
Azərbaycan millisi ukraynalı legionerindən imtina etdi
Avro-2011-nin final mərhələsinə qatılacaq Azərbaycan voleybol milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayev “18-liyə” 5 yeni voleybolçunun adını əlavə edib.

Bunlar arasında gənclər yığmamızın üzvləri – Ülkər Kərimova, Ülkər Məmmədova və Kseniya Pavlenkonun adları var. Digər 2 debütant isə son mövsümü “Şirvan”da keçirmiş milliləşdirilən legioner Odina Əliyeva və “İqtisadçı”nın voleybolçusu Elina Abbasovadır.

Onların əvəzində Avro-2011-in həlledici oyunlar üçün Lidiya Maksimenko, Anita Bredis və Lada Maksimovanın adları heyətdən çıxarılıb.

Bir vaxtlar millimizin aparıcı üzvlərindən sayılan ukraynalı legionerimiz Maksimenkonun komandadan kənarlaşdırılması isə gözlənilməz olmayıb. Çünki o təlim-məşq toplanışında da iştirak etmirdi və son ildə “Bakı”da da əsasən ehtiyat voleybolçular skamyasında yer alırdı.

N
Soyadı
Adı
Doğum tarixi
Boyu
Çəkisi
1
Zamanova
Dərya
30/04/1987
194 sm
78 kq
2
Kovalenko
Kseniya
21/11/1986
190 sm
81 kq
4
Parxomenko
Oksana
28/07/1984
184 sm
75 kq
7
Parxomenko
Yelena
11/09/1982
186 sm
68 kq
8
Qasımova
Natəvan
08/07/1985
176 sm
64 kq
9
Məmmədova
Natalya
02/12/1984
195 sm
79 kq
10
Məmmədyarova
Oksana
06/04/1978
178 sm
66 kq
12
Korotenko
Valeriya
29/01/1984
171 sm
62 kq
15
Kərimova
Aynur
07/12/1988
189 sm
68 kq
17
Rəhimova
Polina
05/06/1990
198 sm
78 kq
16
Kiselyova
Oksana
30/05/1992
178 sm
63 kq
18
Abbasova
Elina
16/06/1982
173 sm
56 kq
19
Karimova
Ülkər
22/06/1994
182 sm
64 kq
14
Pavlenko
Kseniya
30/08/1993
183 sm
61 kq
11
Məmmədova
Ülkər
31/12/1994
180 sm
68 kq
3
Bağıyeva
Lalə
13/01/1986
165 sm
53 kq
6
Abduləzimova
Ayşən
11/04/1993
184 sm
68 kq
5
Əliyeva
Odina
22/05/1990
182 sm
78 kq


Qeyd edək ki, Azərbaycan milli komandası İtaliya, Xorvatiya və Türkiyə yığmaları ilə B qrupunda yer alıb.
0