“Azərreyl”in voleybolçusu millimizə qarşı
15.09.2011 - 09:47
“Azərreyl”in voleybolçusu millimizə qarşı
Avro-2011-in final mərhələsində Azərbaycan milli komandasının rəqibi İtaliya yığması heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Massimo Barbolini heyətə 22 voleybolçu cəlb edib.

Bunlar arasında Bakının “Azərreyl” klubunun yeni transferi Sara Anzanello da var.


İtaliya yığmasının heyəti

Valentina Arriqetti, Sara Anzanello, Luçia Krisanti, İlaria Qarçsro, Martina Quidji, Marina Zambelli, Kristina Barsellini, Luçia Bosetti, Karilina Kostaqrande, Antonella del Kore, Kyara di Yulio, Françeska Piççinini, Katerina Bosetti, Marta Bekis, Françeska Ferretti, Elionara lo Byanko, Culio Rondon, Simon Cioli, Serena Ortolani, Paola Kardullo, Culia Leonardi, Enrika Merlo.

Qeyd edək ki, B qrupunda Faiq Qaryevin yetirmələri və İtaliya ilə yanaşı, Türkiyə və Xorvatiya milli komandaları da yer alıblar.
0