Türkiyə yığmasının millimizlə oyun üçün heyəti açıqlandı
15.09.2011 - 11:39
Türkiyə yığmasının millimizlə oyun üçün heyəti açıqlandı
Avro-2011-in final mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan qadın voleybolçulardan ibarət Türkiyə yığmasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Marko Aurelio Motta həlledici görüşlər üçün sifariş ərizəsinə 21 oyunçunun adını daxil edib.

Bunlar Naz Aydəmir, Özge Çemberci, Asuman Karakoyun, Güldən Kuzubaşıoğlu, Gizem Güreşen, Neslihan Darnel, Polen Uslupəhlivan, Esra Gümüş, Gözdə Sonsırma, Nəriman Özsoy, Səlimə İlyasoğlu, Güldəniz Önal, Əlif Onur, Eda Ərdəm, Büşra Cansu, Bahar Toksay, Duyğu Bal, Ceren Kestırengiz, Nedime Oner, Nihan Yeldan və Ərgül Avcıdır.

Qeyd edək ki, Avro-2011-in final mərhələsi sentyabrın 22-də start götürəcək.
0