Millimiz üçün 4 tanış sima
15.09.2011 - 12:20
Millimiz üçün 4 tanış sima
Avro-2011-in seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İtaliya və Türkiyənin ardınca Xorvatiya yığmasının da heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, rus əsilli baş məşqçisi İrina Kirilova İtaliya və Serbiyada baş tutacaq qitənin ən mötəbər turniri üçün 22 voleybolçunu sifariş edib.

Bunlar İvana Zmire, Yelena Alajbeg, İliyana Duqandjiç, Maya Poljak, Bilyana Gliqoroviç, Mateya İkiç, Simona Usiç, Marina Miletiç, Sanya Popoviç, Hana Kutura, Samanta Fabris, Senna Usiç Joquniça, Nikolina Kovaçiç, İvana Milos, Paola Dosen, Martina Maleviç, Antoniya Kaleb, Bernarda Kutuk, Mira Topiç, Mariyeta Drajenoviç, Daniyela Andyeliç və Mateya Raykoviçdir.

Bu voleybolçulardan 4-ü Azərbaycan üçün tanış simadır. Onlardan hətta 3-ü - Marina Miletiç Bakı “Rabitə”si ilə Super Liqanın qalibi, İvana Milos və İliyana Duqandjiç isə “İqtisadçı” ilə bürünc mükafatlara yiyələniblər.

Xorvatiya milli komandasının digər üzvü Bilyana Gliqoroviç isə “Bakı”nın yeni transferidir.
0