Türkiyə yığması Azərbaycandan öncə Hollandiya ilə oynamağa qərar verdi
15.09.2011 - 14:41
Türkiyə yığması Azərbaycandan öncə Hollandiya ilə oynamağa qərar verdi
Avro-2011-in final mərhələsində Azərbaycanla eyni qrupda yer alan voleybolçu qadınlardan ibarət Türkiyə yığması Hollandiyaya yollanıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” burada hazırlıq keçməklə yanaşı, yoxlama görüşlərində də qüvvələrini sınayacaqlar.

Marko Aurelio Motta yetirmələrini sentyabrın 16-sı və 17-də Hollandiya yığması ilə 2 və ya 3 matçda son durumuna bir daha nəzər yetirəcək.

Qeyd edək ki, Azərbaycan voleybolçuları da İspaniyada təlim-məşq toplanışındadır. Faiq Qarayevin yetirmələri isə final mərhələsinin ilk görüşündə - sentyabrın 23-də məhz Türkiyə ilə qarşılaşacaqlar.
0