“Bu, mənim üçün Azərbaycandan sonra bir çağırışdır” - FOTO
15.09.2011 - 17:01
“Bu, mənim üçün Azərbaycandan sonra bir çağırışdır” - FOTO
“Fransa klubuna keçdiyim üçün çox həyəcanlıyam. Bu, mənim üçün Azərbaycandan sonra bir çağırışdır”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı” və “Bakı” klublarının şərəfini qorumuş voleybolçu Polina Stoyneva deyib.

2009/2010 mövsümündə universitet komandası ilə bürünc medala sahib olan və son ildə Bakının eyniadlı klubunda çıxış edən 22 yaşlı bolqarıstanlı legioner Fransa “Myulhaus”una transferinə münasibət bildirib.

194 sm boya malik Stoyneva bildirib ki, Fransa çempionatı heç də Azərbaycan Super Liqasından zəif deyil: “Yeni komandam güclü klubların yer aldığı Fransa çempionatında çıxış edir ki, bu da yaxşı rəqiblərlə oynamaq imkanı verir. Ümid edirəm ki, bu mənim üçün çox faydalı olacaq”.

Çempionlar Liqasında Azərbaycan çempionu “Rabitə” ilə eyni qrupda yer alan “Myulhaus”un yeni transferi rəqabətdən çəkinmir və yenidən Super Liqanın qalibinə qarşı oynamaq arzusundadır: “Mən heç bir rəqabətdən çəkinmirəm. Kim istəməz ki, Çempionlar Liqasında Avropanın ən güclüləri ilə qarşılaşacağıq komandada çıxış etməsin? Belə transfer istənilən voleybolçunun ürəyincədir. Fikrimcə, bu il yaxşı mövsüm keçirəcəyik. Bunun üçün də Çempionlar Liqasında bütün rəqiblərə qarşı oynamaq istəyirəm”.
0