İspaniya millisi Barselonda yığmamızla bacarmadı
16.09.2011 - 10:00
İspaniya millisi Barselonda yığmamızla bacarmadı
Avro-2011-in final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Barselonada yerli İspaniya yığmasını məğlub edib. Apasport.az saytının məlumatına görə, sentyabrın 11-dən bu ölkədə olan Faiq Qarayevin yetirmələri ilk yoxlama görüşündə çətin qələbə qazanıblar.

Voleybolçularımız D qrupunda yer alan ispanlarla matçda gərgin anlar yaşasalar da, sonda 3:2 (25:18,25:19,23-25,14-25,15-12) hesabı ilə qalib gəlməyi bacarıblar.

Qeyd edək ki, Avropa çempionatının həlledici mərhələsinə bu ölkədən yollanacaq milli komandamız prineylilərlə daha 1 yoldaşlıq görüşü keçirməyi planlaşdırır.
0