“Bakı” “Qalatasaray”la yoldaşlıq görüşü keçirəcək
16.09.2011 - 11:17
“Bakı” “Qalatasaray”la yoldaşlıq görüşü keçirəcək
“Bakı” voleybol klubu sentyabrın 25-də Azərbaycanı tərk edəcək. Apasport.az saytının məlumatına görə, Türkiyəyə təlim-məşq toplanışına yollanacaq paytaxt təmsilçisi İstanbulda hazırlıq çərçivəsində yoldaşlıq matçları da keçirəcək.

Bu mövsüm “Çelenc Cup”da debüt edəcək “Bakı”nın hələlik 3 rəqibinin adı və oyunların başlama günü dəqiqləşib.

Belə ki, braziliyalı Ancelo Vercesinin yetirmələri Çempionlar Liqasında Bakı “Azərreyl”i ilə D qrupunda yer alan “Vakıfbank Türk Telekom”, A qrupunda mübarizə aparacaq “Əczaçıbaşı” və CEV kubokuna qatılacaq “Qalatasaray”la qarşılaşacaq. Komandamız bu klublarla müvafiq olaraq, sentyabrın 27-də, 28-də və 30-da üz-üzə gələcək.

“Bakı” oktyabrın 25-də Azərbaycana qayıdacaq.
0