Azərbaycan çempionu yenidən Türkiyə klubu ilə anlaşdı
16.09.2011 - 13:39
Azərbaycan çempionu yenidən Türkiyə klubu ilə anlaşdı
Bolqarıstan millisinin voleybolçusu Yevelina Çvetanova Bakının “Lokomotiv” klubu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, ötən il “Rabitə”nı “dəmiryolçular”a dəyişən 37 yaşlı legioner karyerasını Türkiyədə davam etdirəcək.

Çvetanova “Nülufər Bələdiyyəspor”la 1 illik müqaviləyə imza atıb. Draqutin Baltiçin komandasını tərk edən voleybolçu bununla da Türkiyədən Azərbaycana gəldiyi kimi də geri qayıdıb. O 2007/2008 mövsümündə “Karşıyaka”da forma geyinib.

Qeyd edək ki, Yevelina 2009/2010 mövsümündə “Rabitə” ilə Super Liqanın qalibi və CEV kubokunun bürünc mükafatçısı olub.
0