1-i köhnə, 11-i təzə
16.09.2011 - 23:01
1-i köhnə, 11-i təzə
Növbəti mövsümdə “Çelenç Cup”da debüt edəcək “Bakı” voleybol klubunun heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt komandası 2011/2012 mövsümündə şərəfini qoruyacaq 12 voleybolçunun adını açıqlayıb.

Ötən ilki heyətdən yalnız milli komandamızın üzvü Lalə Bağıyeva ilə müqaviləni təzələyən “Bakı”nın digər 11 voleybolçusu - Natəvan Qasımova (Azərbaycan), Yannike van Tienen, İnqrid Visser, Quinta Stenbergen (hər üçü Hollandiya), Renata Kolombo (Renatinya), Barboza Cibele, Alessandra Fratonini (hər üçü Braziliya), Rafaella Kalloni (İtaliya), Reqan Hud, Keti Kater (hər ikisi ABŞ) və Bilyana Gliqoroviç (Xorvatiya) yeni transferlərdir.

Komanda hətta baş məşqçi postunda da dəyişiklik ediblər. Bu postda isə rusiyalı Mixail Omelçenkonu braziliyalı Ancelo Vercesi əvəzləyib.

Qeyd edək ki, “Çelenc Cup”ın I təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Bakı” oktyabrın 8-də və 9-də Kiprin “Famagusta” klubu ilə qüvvəsini sınayacaq.
0