Serbiya Avropanın ən güclüsüdür!
19.09.2011 - 10:02
Serbiya Avropanın ən güclüsüdür!
Voleybolçu kişilər arasında keçirilən Avropa çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutan qitənin ən möhtəşəm turnirində çempion adını Serbiya milli komandası qazanıb.

Onlar finalda İtaliya yığmasına 3:1 (17:25, 25:20, 25:23, 26:24) hesabı ilə qalib gəliblər. Üçüncü yer uğrunda görüşdə isə Rusiyanı eyni hesabla (25:23, 18:25, 25:21, 25:19) məğlub edən Polşa voleybolçuları bürünc medala yiyələniblər.

Qeyd edək ki, finalda oynayan Polşa və İtaliya milli komandaları həmçinin, 2011-ci ildə keçiləcək Dünya Kubokuna və 2012-ci ildə baş tutacaq London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.
0