Voleybolçularımız Puerto-Rikoda 3 qızıl medal qazandılar
19.09.2011 - 10:21
Voleybolçularımız Puerto-Rikoda 3 qızıl medal qazandılar
Qadın voleybolçulardan ibarət Azərbaycan Super Liqasının iştirakçıları Şimali Amerika və Karib Dənizi Hövzəsi ölkələri (NORCECA) çempionatında uğurla çıxış ediblər. Apasport.az saytının məlumatına görə, Kimberli Qlass (“Rabitə”), Tamas Cennefer (“Azərreyl”) və Nansi Mefkalfın (“Lokomotiv”) çıxış etdiyi ABŞ milli komandası Puerto-Rikoda təşkil olunan yarışın qızıl medalla bititblər.

Voleybolçularımızın yer aldığı yığma finalda Dominikan Respublikası ilə qarşılaşıb və inamlı qələbə qazanıb – 3:0 (25:15, 25:23, 25:18). Üçüncü yer isə meydan sahiblərini eyni hesabla məğlub edən Kuba millisinə nəsib olub.

ABŞ yığmasının əsas oyunçularından sayılan Kimberli final matçında da forma geyinib. Tamas və Nansi isə həlledici qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, ABŞ milli komandasının heyətində həmçinin, “Lokomotiv”in sabiq liberosu Nikol Devis də qızıl medallara sahib olub.
0