Super Liqanın üzvləri rəqibimizə qalib gəldilər
19.09.2011 - 11:19
Super Liqanın üzvləri rəqibimizə qalib gəldilər
Qadın voleybolçular arasında Avro-2011-in seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi Türkiyə yığması Hollandiyadakı təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” hazırlıq çərçivəsində “narıncılar”la 3 yoxlama matçı keçiriblər.

Bu oyunların birində rəqibimiz, digər ikisində isə hollandlar qələbəyə seviniblər.

Hollandiya – Türkiyə – 3:1 (18:25, 26:24, 25:18, 25:18)
Hollandiya – Türkiyə - 0:3 (28:26, 25:18, 25:22)
Hollanda – Türkiyə - 3:0 (25:16, 25:23, 25:22)


Qeyd edək ki, hər 3 matçda “Bakı”nın hollandiyalı yeni transferləri Yannike van Tienenlə İnqrid Visser və “İqtisadçı” ilə Super Liqanın bürünc mükafatını qazanan Alisa Blom da oynayıblar.
0