Milli komandamız İspaniyaya uduzdu
19.09.2011 - 11:47
Milli komandamız İspaniyaya uduzdu
Avro-2011-ə hazırlığı İspaniyada davam etdirən Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri yerli yığma ilə ikinci dəfə üz-üzə gəliblər.

Lakin ilk matçda ispanlara 3:2 hesabı ilə qalib gələn voleybolçularımız bu dəfə eyni hesablı məğlubiyyətə üzülüblər. Düzdür, millimiz ilk 2 setdə qələbə qazanıb - 26:28 və 21:25. Amma sonradan təşəbbüsə yiyələn rəqib məğlubiyyətdən qaça bilib. Ardıcıl 3 setdə voleybolçularımızdan üstün olan (25:21, 25:23, 15:12) ispanlar ümumi hesabda tarazlıq yaradıblar – 1:1.

Qeyd edək ki, Azərbaycan komandası İspaniyada məşqləri yekunlaşdırdıqdan sonra birbaşa İtaliyaya yollanacaq.
0