Yığmamızın yekun heyəti müəyyənləşdi
19.09.2011 - 11:55
Yığmamızın yekun heyəti müəyyənləşdi
İspaniyada Avro-2011-in final mərhələsinə hazırlaşan Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Faiq Qarayev ispanlarla baş tutan 2 matçdan sonra “12-liyi” açıqlayıb.

Təcrübəli mütəxəssis həlledici oyunların keçiriləcəyi İtaliya və Serbiyada Dərya Zamanova, Kseniya Kovalenko, Oksana və Yelena Parxomenko bacıları, Odina Əliyeva, Natəvan Qasımova, Natalya Məmmədova, Oksana Məmmədyarova, Valeriya Korotenko, Aynir Kərimova, Oksana Kiselyova və Polina Rəhimovaya şans verəcək.

Qarayev ilkin heyətə daxil etdiyi Ülkər Kərimova, Elina Abbasova, Lalə Bağıyeva, Ayşən Abduləzimova, Ülkər Məmmədova və Kseniya Pavlenkonun adını son sifariş ərizəsindən çıxarıb.

Qeyd edək ki, Avro-2011-in final mərhələsi sentyabrın 22-də start götürəcək və 1 gün sonra voleybolçularımız Türkiyə yığması ilə qarşılaşacaq.
0