Rəqibimiz dünya çempionatından qaçdı
19.09.2011 - 12:35
Rəqibimiz dünya çempionatından qaçdı
Oktyabrın 8-14-də qadın voleybolçular arasında Qətərin paytaxtı Dohada keçiriləcək klublararası dünya çempionatının iştirakçıları arasında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Şimali Amerika çempionu “Las Kriollas” (Puerto-Riko) Bakının “Rabitə” klubunun da qatılacağı yarışdan imtina edib.

Nəticədə Beynəlxalq Voleybol Federasiyası (FİVB) onları Dominikan Respublikasının qalibi “Mirador”la əvəzləyib.

Qeyd edək ki, “Rabitə” B qrupunda Asiya çempionu “Çanq” (Tayland) və Cənubi Braziliyanın ən güclüsü “Sollis Nestle” ilə mübarizə aparacaq.

A qrupunda “Kenya Prisons” (Afrika çempionu, Keniya), “Mirador” (Dominikan Respublikası) və “Vakıfbank Günəş” (Avropa, Türkiyə) yer alıblar.

Reqlamentə əsasən, yarımfinalda qrupda 1-ci yerin sahibi digər qrupun ikincisi ilə qarşılaşacaq.
0